Bank Of Baku

AŞPA-nın siyasi, həmçinin hüquqi məsələlər və insan haqları komitələrinin iclasları başlayıb

AŞPA-nın siyasi, həmçinin hüquqi məsələlər və insan haqları komitələrinin iclasları başlayıb
# 12 mart 2007 16:20 (UTC +04:00)
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi, həmçinin hüquqi məsələlər və insan haqları komitələrinin iclasları başlayıb. APA-nın Avropa bürosunun xəbərinə görə, Hüquqi məsələlər və insan haqları komitəsinin iclasında əsas müzakirə mövzusu Avropada insan haqları ilə bağlı hesabatın qəbulu və Çernoqoriyanın Avropa Şurasına üzv olmaq barədə xahişinə rəy verilməsi olacaq. Siyasi komitənin iclasında da əsas məsələ Çernoqoriyanın quruma üzv olmaq barədə xahişinə dair yekun rəyin təsdiqi və Avropada demokratiyanın vəziyyətinə dair hesabatın təsdiqlənməsi olacaq. Komitədə Azərbaycanla bağlı da müzakirələr aparılıb, lakin iclas gec başa çatdığından bu haqda geniş məlumat almaq mümkün olmayıb.
Qeyd edək ki, Azərbaycanı hər iki komitədə millət vəkili Gültəkin Hacıyeva təmsil edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR