Bank Of Baku

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri artıq Cenevrədədirlər

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri artıq Cenevrədədirlər
# 13 mart 2007 08:23 (UTC +04:00)
Toplantıda E. Məmmədyarovun çıxışı da nəzərdə tutulur.
Sabah isə Azərbaycan XİN başçısı ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa) və Yuri Merzlyakovla (Rusiya) görüşəcək. Sabah, həmçinin, E. Məmmədyarovla Ermənistanın xarici işlər naziri Vardan Oskanyan arasında həmsədrlərin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin növbəti raundu keçiriləcək. Artıq V. Oskanyan da Cenevrədədir.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri dünəndən Cenevrəyə toplaşmağa başlayıblar. Rusiyalı həmsədr Yuri Merzlyakovun APA-ya verdiyi məlumata görə, bu gün həmsədrlər arasında məsləhətləşmələr aparılacaq. Bundan başqa, fransalı həmsədr B. Fasie regiona son səfəri və keçirdiyi görüşlər barədə digər həmsədrləri məlumatlandıracaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR