Bank Of Baku

Gültəkin Hacıyeva: “Həmməruzəçilərin hesabatının Azərbaycan reallığını maksimum əks etdirəcəyinə inanıram”

Gültəkin Hacıyeva: “Həmməruzəçilərin hesabatının Azərbaycan reallığını maksimum əks etdirəcəyinə inanıram”
# 13 mart 2007 08:30 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyası komitələrinin son iclaslarında Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərlə bağlı məruzə müzakirə olunmayıb. Bu barədə APA-nın Avropa bürosuna Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva məlumat verib. O, qeyd olunan məruzənin müzakirəsinin martın 28-də keçiriləcəyini bildirib. “Həmin məruzə martın 28-də AŞPA Monitorinq Komitəsinin iclasında müzakirə olunacaq. Müzakirələr başa çatdıqdan sonra məruzə ictimaiyyət üçün açıq elan ediləcək və qurumun aprel sessiyasının gündəliyinə çıxarılacaq. Hazırda məruzə üzərində iş davam edir, bu iş ikitərəfli xarakter daşıyır. Yəni, həm Azərbaycan tərəfi, həm də məruzəçilər sənədin daha təkmil və hərtərəfli alınması üçün bütün qüvvələrini səfərbər ediblər. Düşünürəm ki, bu birgə işin nəticəsi müsbət olacaq, kifayət qədər məhsuldar əməkdaşlıq öz faydasını verəcək. Aprel sessiyasında müzakirəyə çıxarılacaq sənədin Azərbaycan reallığını maksimum əks etdirəcəyinə inanıram. Bu sənəd Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin icra vəziyyətini maksimum şəkildə ifadə edə bilən sənəd olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR