Bank Of Baku

Bu gün Kiyevdə GUAM Parlament Assambleyasının Siyasi və hüquqi məsələlər üzrə komitəsinin növbəti iclası keçiriləcək

Bu gün Kiyevdə GUAM Parlament Assambleyasının Siyasi və hüquqi məsələlər üzrə komitəsinin növbəti iclası keçiriləcək
# 13 mart 2007 08:30 (UTC +04:00)
Bu gün Kiyevdə GUAM Parlament Assambleyasının Siyasi və hüquqi məsələlər üzrə komitəsinin növbəti iclası keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iki gün ərzində davam edəcək iclasda millət vəkilləri Mirkazım Kazımov və Elman Məmmədov iştirak edəcəklər. Tədbirdə “GUAM-a üzv dövlətlərin ərazisində mövcud olan münaqişələrin sülh yolu ilə tənzimlənməsi və aqressiv separatizm ilə mübarizəyə dair tədbirlər sistemi” mövzusunda müzakirələr keçiriləcək, qətnamə qəbul ediləcək. Məsələ ilə bağlı deputatlar Azərbaycan tərəfinin mövqeyini bildirəcək, öz qeyd və təkliflərini verəcəklər. Təkliflərdə regional münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həlli, o cümlədən işğalçıların Azərbaycan ərazilərindən çıxarılması, qaçqın və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıtması üçün lazımi şəraitin yaradılması ilə bağlı məsələlər əksini tapacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR