Bank Of Baku

NATO Azərbaycan hərbçiləri üçün kurslar təşkil edib

NATO Azərbaycan hərbçiləri üçün kurslar təşkil edib
# 13 mart 2007 08:30 (UTC +04:00)
NATO ilə Azərbaycan arasında imzalanmış “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində martın 12-də İsveçrənin Montreuks şəhərində “Avroatlantik Tərəfdaşlıq iş planı və Aralıq dənizi dialoqu iş planı” üzrə işçi görüş başlanıb. Görüş martın 15-dək davam edəcək. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. “Sülh naminə tərəfdaşlıq” planı çərçivəsində, həmçinin, martın 12-dən 16-dək Bakıda “Beynəlxalq humanitar hüquq” üzrə təlim kursu və Ankarada “Fəlakətlər zamanı humanitar yardım kursu” keçiriləcək.
Dünən isə Almaniyanın Oberammerqau şəhərində “Qərargah zabitləri üçün tanışlıq” və Hollandiyanın Brunsun şəhərində “Qərargah təlimi” kursları başlayıb. Birinci kurs martın 17-dək, ikinci isə 23-dək davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR