Bank Of Baku

Almaniya, Çexiya və Türkiyədə hərbi kurslar başlanıb

Almaniya, Çexiya və Türkiyədə hərbi kurslar başlanıb
# 13 mart 2007 09:11 (UTC +04:00)
Azərbaycanla Almaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq dünəndən bu ölkənin Hammelburq şəhərində “BMT hərbi müşahidəçi kursu” başlanıb. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Kurs martın 30-dək davam edəcək. Azərbaycanla Böyük Britaniya arasında imzalanan hərbi əməkdaşlıq planına müvafiq olaraq isə martın 12-də Çexiyanın Vişkov şəhərində “Komanda və liderlik üzrə təlimatçı” kursu başlayıb. Həmçinin ölkəmizlə Türkiyə arasında mövcud olan hərbi əməkdaşlıq planı çərçivəsində martın 12-də İstanbulda “Partlayıcı döyüş sursatlarının aşkarlanması” kursuna start verilib. Kurs mayın 5-dək davam edəcək.
Bütün tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR