Bank Of Baku

Martın 31-də Müsavat Məclisində boş qalmış 28 yerə seçkilər keçiriləcək

Martın 31-də Müsavat Məclisində boş qalmış 28 yerə seçkilər keçiriləcək
# 13 mart 2007 09:27 (UTC +04:00)
Martın 31-də Müsavat Məclisində boş qalmış 28 yerə seçkilər keçiriləcək. Bu barədə APA-ya Məclisin sədri Sülhəddin Əkbər məlumat verib. Onun sözlərinə görə, boş yerlərin beşi qadın üzvlərə ayrılmış kvotadır. Məclis üzvlüyünə öz namizədliyini irəli sürmək istəyənlər martın 14-dən martın 27-nə kimi ərizələrini Məclis rəhbərliyinə təqdim etməlidirlər. S. Əkbər Məclisə yeni üzvlərin seçilməsindən sonra öz xeyrinə olan qüvvələr nisbətinin dəyişməyəcəyinə ümid edir: “Bu seçkilərdə partiya Məclisinin işinə daha çox xeyir verən şəxslərin seçilməsinə çalışacağıq”. İclasda həmçinin, yeni seçilən rayon-şəhər təşkilatı sədrlərinin Məclis üzvü səlahiyyəti təsdiqlənəcək, ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın vəzifələri müzakirə olunacaq, komissiya sədrlərinin indiyə qədər gördüyü işlərlə bağlı məlumatı dinləniləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR