Bank Of Baku

Azərbaycan və Belarusun Fövqəladə Hallar nazirlikləri arasında iki sənəd imzalanıb

Azərbaycan və Belarusun Fövqəladə Hallar nazirlikləri arasında iki sənəd imzalanıb
# 13 mart 2007 10:16 (UTC +04:00)
APA-nın məlumatına görə, bu gün nümayəndə heyəti Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbərliyi ilə birlikdə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Sonra Ə. Bariyevin rəhbərlik etdiyi nümayəndə heyətini fövqəladə hallar naziri Kəmaləddin Heydərov qəbul edib. Görüşdə Azərbaycan və Belarusun Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib. K. Heydərov bildirib ki, ölkələr arasında əlaqələr hərtərəfli inkişaf edir. Nazir FHN-in Belarusun müvafiq qurumunun təcrübəsini öyrənməyə maraq göstərdiyini vurğulayıb.
Öz növbəsində, Ə. Bariyev prezident İlham Əliyevin Belarusa səfərindən sonra ölkələr arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb.
Görüşün sonunda Azərbaycan və Belarusun Fövqəladə Hallar nazirlikləri arasında “2007-2010-cu illər üzrə əməkdaşlıq barədə kompleks fəaliyyət planı” və “Fövqəladə halların xəbərdarlıq edilməsi və nəticələrinin aradan qaldırılmasında əməkdaşlıq üzrə birgə İşçi Qrup haqqında Əsasnamə” imzalanıb. Ə. Bariyevin rəhbərlik etdiyi nümayəndə heyətinin martın 16-dək davam edəcək səfəri çərçivəsində qarşılıqlı təcrübə mübadiləsi aparılacaq, qonaqlar FHN-in qurumları ilə tanış olacaqlar.
Qeyd edək ki, prezident İ. Əliyevin 2006-cı ilin oktyabrında Belarusa səfəri çərçivəsində iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında “Əməkdaşlıq haqqında saziş” imzalanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR