Bank Of Baku

AMİP İsveçdən olan deputatlara görə “Dini tolerantlığdan siyasi tolerantlığa doğru” forumunu növbəti dəfə təxirə salıb

AMİP İsveçdən olan deputatlara görə “Dini tolerantlığdan siyasi tolerantlığa doğru” forumunu növbəti dəfə təxirə salıb
# 13 mart 2007 10:17 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) martın 14-nə “Dini tolerantlıqdan siyasi tolerantlığa doğru” mövzusunda təyin etdiyi beynəlxalq forum növbəti dəfə təxirə salınıb. Bu barədə APA-ya AMİP-in mətbuat xidmətindən məlumat daxil olub. Forumun təxirə salınması forumda iştirakı nəzərdə tutulmuş İsveçin hakim Moderat Partiyasını təmsil edən 3 millət vəkilinin Azərbaycana gələ bilməməsi olub. İsveçli deputatlar Yans Ahl, Ulrika Karlson və Hakan Filipson ölkədə keçirilən parlament seçkilərini əsas gətirərək forumun işinə qatıla bilməyəcəklərini bildiriblər. Qeyd edək ki, AMİP bu mövzuda forumu yanvarda keçirmək istəsə də, isveçli deputatlar Azərbaycana gəlmədikləri üçün tədbir o zaman da təxirə salınmışdı. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR