Bank Of Baku

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi meşə yanğınları ilə mübarizə sahəsində Belarusun təcrübəsini öyrənir

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi meşə yanğınları ilə mübarizə sahəsində Belarusun təcrübəsini öyrənir
# 13 mart 2007 10:28 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) Belarus istehsalı olan texnikalar almağı planlaşdırır. APA-nın məlumatına görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib: “Bakıda və bəzi rayonlarda qar təmizlənməsi üçün Belarusdan bir neçə texnika almışıq. Gələcəkdə isə bu ölkədən ağır texnika, buldozer və ekskavatorların alınması nəzərdə tutulur”.
K. Heydərov deyib ki, FHN meşə yanğınları ilə mübarizə sahəsində Belarusun müvafiq təşkilatlarının təcrübəsini öyrənir: “Bizim öyrənmək istədiyimiz ən əsas məqam isə onların elmi potensialıdır. Bu gün Belarusun Fövqəladə Hallar Nazirliyinin elmi institutları var və onların təcrübəsini öyrənmək vacibdir”.
Nazir onu da əlavə edib ki, Belarus da daxil olmaqla, Türkiyə, Rusiya, Fransa, Ukrayna və digər ölkələrin müvafiq qurumları ilə kadrların hazırlanması və təkmilləşdirilməsi barədə müəyyən razılıqlar əldə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR