Bank Of Baku

Məhkəmələr Sərdar Cəlaloğlunun Rəsul Quliyevin tərəfdarları ilə bağlı qaldırdığı iddiaları geri qaytarıb

Məhkəmələr Sərdar Cəlaloğlunun Rəsul Quliyevin tərəfdarları ilə bağlı qaldırdığı iddiaları geri qaytarıb
# 13 mart 2007 11:17 (UTC +04:00)
Sərdar Cəlaloğlunun “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevlə bağlı Səbayel rayon Məhkəməsinə etdiyi müraciət geri qaytarılıb. Bu barədə APA-ya S. Cəlaloğlunun rəhbərlik etdiyi ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Taliyət Əliyev məlumat verib. Onun sözlərinə görə, hakim Yusif Kərimov partiyaya ünvanladığı məktubda bildirib ki, partiyadaxili məsələlər Nizamnamə ilə tənzimlənməlidir. Buna görə də hakim işə məhkəmədə baxılması üçün əsas olmadığını qeyd edib. T. Əliyev isə S. Cəlaloğlunun yenidən Səbayel məhkəməsinə müraciət edəcəyini deyib. Onun sözlərinə görə, iddiada partiya üzvü olmayan şəxslərin ADP adından danışmaq səlahiyyətinin olmaması ilə bağlı qərardad çıxarılması tələb olunacaq.
T. Əliyev Rəsul Quliyevin tərəfdarları - Akif Şahbazov, Aydın Quliyev, Zəminə Dünyamalıyeva, Yaqub Abbasov və digərləri ilə bağlı Nərimanov rayon Məhkəməsində qaldırılmış iddianın da geri qaytarıldığını vurğulayıb. Rayon məhkəməsi bu iddialara eyni məhkəmədə baxılmasının daha məqsədəuyğun olduğunu bildirib. Qeyd edək ki, S. Cəlaloğlu adı çəkilən şəxslərlə bağlı Səbayel, Nərimanov və Binəqədi rayon məhkəmələrinə iddia ərizələri ilə müraciət edib.
Akif Şahbazovla bağlı Binəqədi rayon məhkəməsində qaldırılmış iddiaya gəldikdə, T. Əliyev bildirib ki, bu iş hakim Mədina Bağırovanın icraatına verilib. Hakimin səhhətində problemlər olduğuna görə hələlik işə baxılmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR