Bank Of Baku

Sabah Robert Simmons Bakıya gəlir

Sabah Robert Simmons Bakıya gəlir
# 13 mart 2007 12:26 (UTC +04:00)
Sabah NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə səlahiyyətli nümayəndəsi Robert Simmonsun Bakıya üçgünlük səfəri başlayır. Bu barədə APA-ya NATO-nun Brüsseldəki mənzil-qərargahından məlumat verilib. Robert Simmons səfər çərçivəsində Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşəcək. Martın 16-da NATO nümayəndəsinin prezident İlham
Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla da görüşü nəzərdə tutulur. Robert Simmonsu səfərdə müşayiət edəcək nümayəndə heyətinin tərkibinə NATO-nun Azərbaycan üzrə koordinatoru Lorenç Meyer-Minnemann da daxildir. NATO təmsilçiləri Azərbaycanla bu qurum arasında fərdi əməkdaşlıq planı çərçivəsində görülən işlərlə tanış olacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR