Bank Of Baku

Rəsul Quliyevin tərəfdarları qurultayı aprelin 14-nə təyin ediblər

Rəsul Quliyevin tərəfdarları qurultayı aprelin 14-nə təyin ediblər
# 13 mart 2007 13:25 (UTC +04:00)
Rəsul Quliyevin rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyası (ADP) növbəti qurultayını aprelin 14-nə təyin edib. Bu barədə APA-ya Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Akif Şahbazov məlumat verib. Onun sözlərinə görə, artıq qurultayın keçirilməsi məqsədi ilə yer ayrılması üçün bu gün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub. Müraciətdə Şəhriyar adına Mədəniyyət Sarayı, Rəşid Behbudov adına Mahnı Teatrı və yaxud Rəsulzadə qəsəbəsində yerləşən Neftçilərin Mədəniyyət Mərkəzinin zallarının qurultay üçün ayrılması xahiş edilib.
A. Şahbazov qurultayın işinə Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatların rəhbərlərinin və həmçinin “Azadlıq” blokunun liderlərinin də dəvət olunacağını qeyd edib. Qurultayın keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinə də müraciət ediləcək. A.Şahbazov onu da qeyd edib ki, artıq partiyanın 14 rayon təşkilatında konfranslar keçirilib, qurultaya nümayəndələr seçilib. O, konfransların keçirilməsi zamanı heç bir ciddi problemin yaranmadığını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR