Bank Of Baku

Belarus müxalifətinin lideri İsa Qəmbəri Minskə dəvət edib

Belarus müxalifətinin lideri İsa Qəmbəri Minskə dəvət edib
# 13 mart 2007 13:43 (UTC +04:00)
Belarus müxalifətinin lideri Aleksandr Milinkeviç Müsavat Partiyasının başqanı İsa Qəmbəri martın 25-də Belarusun “Azadlıq” gününün qeyd olunmasında iştirak etmək üçün onu Minskə dəvət edib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. İsa Qəmbər Belarus müxalifətinin liderinə göndərdiyi cavab məktubunda tədbirə qatılmaq niyyətində olduğunu bildirib.
Qeyd edək ki, Belarus Xalq Respublikasının yaranmasının 89-cu ildönümü il bağlı keçiriləcək tədbirdə Rusiyanın sağçı qüvvələrinin, Avropa Parlamenti rəhbərliyinin və Almaniya Bundestaqının üzvlərinin də iştirak edəcəyi gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR