Bank Of Baku

“Azadlıq” Bloku Məclisinin toplantısı keçiriləcək

“Azadlıq” Bloku Məclisinin toplantısı keçiriləcək
# 13 mart 2007 14:14 (UTC +04:00)
Bu gün “Azadlıq” bloku Sədrlər Şurasının növbəti iclası keçirilib. Blokun Sədrlər Şurasının üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin APA-ya verdiyi məlumata görə, iclasda blokun 2007-ci il üçün fəaliyyət proqramı müzakirə olunub və bəyənilib: “Amma biz fəaliyyət proqramını qəbul etmədik. Qərara aldıq ki, sənəd blokun Məclisi tərəfindən müzakirə edilsin və məhz Məclis tərəfindən qəbul olunsun. Buna görə də mart ayı ərzində Məclisin iclasını keçirmək fikrindəyik”. Ə. Kərimli bildirib ki, Azərbaycan Demokrat Partiyasının (ADP) blokdan çıxarılmasından sonra Məclis üzvlərinin sayı 100 nəfərdən 75-ə düşüb. İclasda bu məsələnin də müzakirə edildiyini vurğulayan Ə. Kərimli Məclis üzvlərinin sayının 120-yə çatdırılması barədə qərar qəbul olunduğunu deyib. Bundan sonra blokun Məclisində hər partiyanın 40 təmsilçisi olacaq. İclasda ADP ilə bağlı müzakirənin aparılıb-aparılmadığına gəldikdə, partiya sədri bu məsələyə toxunmadıqlarını qeyd edib: “ADP ilə bağlı məsələni yenidən müzakirə etmək üçün hələlik heç bir əsas yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR