Bank Of Baku

Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi ADP-nin yeni fəaliyyət konsepsiyası hazırlanıb

Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi ADP-nin yeni fəaliyyət konsepsiyası hazırlanıb
# 14 mart 2007 13:30 (UTC +04:00)
Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi ADP bundan sonrakı fəaliyyəti ilə bağlı konsepsiya hazırlayıb. Bu barədə APA-ya məlumat verən partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin (TK) üzvü Həsrət Rüstəmovun sözlərinə görə, konsepsiya gələn həftə TK-nin iclasında müzakirə ediləcək və qəbul olunacaq. Sənəddə əsasən iqtidar-müxalifət əlaqələri və ADP-nin hakimiyyətə münasibəti öz əksini tapıb. ADP-nin hakimiyyətə münasibətinin digər partiyalarla müqayisədə fərqli olacağını bildirən H. Rüstəmov iqtidara yeri gəldi-gəlmədi təzyiqlərin edilməsi ənənəsindən uzaqlaşdıqlarını söyləyib: “Layihədə iqtidarla və digər partiyalarla əməkdaşlığın mümkün istiqamətləri qeyd olunub. ADP bundan sonrakı fəaliyyətində hakimiyyətə münasibətdə loyal və müxalif mövqedə dayana bilər. Avropaya inteqrasiya və Dağlıq Qarabağ məsələləri ilə bağlı atılan müsbət addımlarda birmənalı olaraq hakimiyyətin işinin təşviq edilməsinə üstünlük verilir. Amma subyektiv amillərlə bağlı yaranmış problemlərdə birmənalı olaraq müxalifət mövqeyində dayanacağıq”. ADP-nin əvvəlki taktikalarının davam etməyəcəyini deyən H. Rüstəmov sənəddə digər partiyalarla əməkdaşlıq məsələlərinə də toxunulduğunu vurğulayıb. Onun sözlərinə görə, birinci növbədə ADP-nin yeni kursunu müdafiə edən partiyalarla əməkdaşlıq nəzərdə tutulur: “Növbəti mərhələlərdə digər partiyalar da bizim elan etdiyimiz kursu dəstəkləyəcəklər və o zaman əməkdaşlıqda ciddi problem olmayacaq. Bu layihənin davamı olaraq düşünürük ki, növbəti prezident seçkilərinə müxalifət vahid namizədlə də qatıla bilər. Bunun üçün müxalifət daxilində ilkin seçkilərin keçirilməsini vacib hesab edirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR