Bank Of Baku

Sergey Mironovun Azərbaycana səfəri zamanı Rusiya Federasiya Şurası ilə Milli Məclis arasında Memorandum imzalanması gözlənilir

Sergey Mironovun Azərbaycana səfəri zamanı Rusiya Federasiya Şurası ilə Milli Məclis arasında Memorandum imzalanması gözlənilir
# 14 mart 2007 15:16 (UTC +04:00)
Rusiya Federasiya Şurasının sədri Sergey Mironovun Azərbaycana səfəri zamanı bu qurumla Azərbaycan Milli Məclisi arasında əməkdaşlığa dair Memorandum imzalanması gözlənilir. Bu barədə APA-ya diplomatik mənbələrdən məlumat verilib. S. Mironovun səfərində əsas məqsəd parlamentlərarası əlaqələrin möhkəmləndirilməsidir. Bundan başqa, S. Mironov Rusiya prezidenti Vladimir Putinin bəzi ismarışlarını Azərbaycan prezidenti İlham Əliyevə çatdıracaq.
Qeyd edək ki, S. Mironovun Azərbaycana səfəri 27-28 mart tarixlərində gerçəkləşəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR