Bank Of Baku

Rəsul Quliyevin tərəfdarları ADP adından imtina etmək fikrində deyil

Rəsul Quliyevin tərəfdarları ADP adından imtina etmək fikrində deyil
# 14 mart 2007 15:28 (UTC +04:00)
Rəsul Quliyevin rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyası (ADP) növbədənkənar qurultay keçirmək məqsədi ilə artıq 15 rayon təşkilatında konfranslar keçirib. Bu barədə APA-ya partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Akif Şahbazov məlumat verib. Bu həftənin sonuna kimi daha 15 rayon təşkilatında konfransların keçiriləcəyini bildirən A. Şahbazov bu toplantılarda heç bir ciddi problemlə üzləşmədiklərini qeyd edib: “Sərdar Cəlaloğlunun özü və tərəfdarları mətbuat vasitəsi ilə guya bizim konfranslarımızda yetərsayın olmaması ilə bağlı məlumatlar yayırlar. Amma bunların heç biri həqiqətə uyğun deyil. Hər şey keçiriləcək qurultayda aydın görünəcək. Əvvəlcədən qəzet səhifələrində bu cür yanlış məlumatlar yaymağa ehtiyac yoxdur”. A.Şahbazov R.Quliyevin tərəfdarlarının ADP adından imtina edəcəyi və yeni adla fəaliyyət göstərəcəkləri ilə bağlı mətbuatda yayılmış fikirlərin də həqiqətə uyğun olmadığını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR