Bank Of Baku

İosif Şaqal: “İsrail Knessetində erməni soyqırımı ilə bağlı heç bir diskussiya aparılmayacaq”

İosif Şaqal: “İsrail Knessetində erməni soyqırımı ilə bağlı heç bir diskussiya aparılmayacaq”
# 14 mart 2007 15:56 (UTC +04:00)
Knessetin əslən Azərbaycandan olan üzvü İosif Şaqal APA-ya bildirib ki, çıxış iclasın sonunda olmalıdır və Xaynmar Aronun fikirləri müzakirə olunmayacaq. İ. Şaqalın sözlərinə görə Meres Partiyası müxalifətdə olan solçu partiyadır və parlamentdə cəmi 5 mandata malikdir. “Mən həmin partiyanın lideri Yosi Beyn və deputat Xaynmar Aron ilə görüşdüm və bildirdim ki, vəziyyətin sadə olmadığı bir vaxtda bu məsələ ilə bağlı çıxış etmək düzgün deyil. Xatırlatdım ki, rəsmi İsrailin mövqeyinə görə, ölkədə “erməni soyqırımı ilə bağlı məsələ müzakirə olunmur”. İosif Şaqal Knessetin istənilən üzvünün hər hansı mövzuda çıxış etmək hüququna malik olduğunu deyib: “Xaynmar Aron çıxışında ermənilərə qarşı soyqırımı həyata keçirildiyini, lakin İsrailin bu fakta biganə qaldığını bildirəcək. Bu fikirlərlə bağlı diskussiyanın aparılması gözlənilmir. Knessetin daxili reqlamentinə görə müxalifətin çıxışlarına hakim koalisiyanın nümayəndəsi cavab verir və bildirir ki, sizin fikirlərinizi dinlədik. Deputat Aronun çıxışına səhiyyə naziri cavab verəcək”. 31 mart Azərbaycanlıların soyqırımı günündə analoji çıxışın edilməsi ehtimalını dəyərləndirən İosif Şaqal bildirib ki, onun ölkəsi ümumiyyətlə soyqırımla bağlı məsələni müzakirə etmir. “Azərbaycanlılara qarşı törədilən soyqırımı ilə bağlı parlamentə sənədlər yeni daxil olur və hələ öyrənilməyib. Knesset deputatı və İsrail-Azərbaycan parlamentlərarası assosiasiyanın rəhbəri kimi mən bu sənədlərin öyrənilməsi üçün hər bir iş görəcəyəm. Həm Azərbaycan, həm də İsrail mütəxəssisləri, dünyanın tanınmış tarixçiləri ilə məsləhətləşmələr aparacağıq. Biz soyqırımı kimi xarakterizə oluna biləcək proseslərin həqiqətən də baş verdiyini sübuta yetirən sənədlər əldə etsək, mən həmin məsələnin İsrail parlamentində müzakirə olunması və həmin məsələyə maksimal diqqət yetirilməsi üçün əlimdən gələni edəcəyəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR