Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “AXCP əməkdaşlıqla bağlı təşəbbüsümüzü hələ də cavablandırmayıb”

Mirmahmud Mirəlioğlu: “AXCP əməkdaşlıqla bağlı təşəbbüsümüzü hələ də cavablandırmayıb”
# 14 mart 2007 15:58 (UTC +04:00)
“Biz AXCP ilə əməkdaşlıq etmək niyyətimizi açıqlamaşıq və bundan sonrakı münasibətimizin 2000-2006-cı illərdə olan münasibətdən fərqli olacağımızı bildirmişik. Amma bu günə qədər AXCP bu təşəbbüsümüzə cavab verməyib”. Bu fikirləri APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib. AXCP ilə bağlı bu mövqenin dəyişmədiyini bildirən M. Mirəlioğlu sadəcə, qarşı tərəfin məsələlərə başqa cür baxdığını qeyd edib: “Onlar əhəmiyyətli bir məsələ ilə bağlı məktub alırlar, oxuyurlar, amma sonra mətbuata bildirirlər ki, belə bir məktubdan xəbərləri yoxdur. Bununla bağlı sorğulara da məktubu oxuyan adam yox, partiyadakı 15-ci adam cavab verir”. Buna baxmayaraq, M. Mirəlioğlu müxalifət qüvvələrinin inteqrasiyası baxımından AXCP ilə münasibətlərin normallaşması üçün mümkün addımları atmağa hazır olduqlarını qeyd edib. AXCP Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli də APA-ya verdiyi açıqlamada təmsil etdiyi partiyanın KXCP ilə əməkdaşlığında heç bir ciddi probleminin olmadığını deyib: “Prinsipləri bizimlə üst-üstə düşən bütün siyasi qurumlarla əməkdaşlığa hazırıq. Amma indiki məqamda biz fəaliyyətimizi daha çox “Azadlıq” bloku çərçivəsində qurduğumuzdan digər partiyalarla əməkdaşlıqla bağlı hr hansı müzakirə aparmırıq”. Q. Əlibəyli KXCP-dən əməkdaşlıqla bağlı müraciət daxil olacağı halda bu ideyanı müzakirə edəcəklərini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR