Bank Of Baku

Belarusun baş naziri Sergey Sidorski: “Azərbaycan iqtisadiyyatının inkişafını diqqətlə izləyirik”

Belarusun baş naziri Sergey Sidorski: “Azərbaycan iqtisadiyyatının inkişafını diqqətlə izləyirik”
# 15 mart 2007 09:21 (UTC +04:00)
Azərbaycanda “MTZ” traktorlarının yığılması ilə bağlı fəal iş aparılması Belarus hökuməti tərəfindən yüksək qiymətləndirilir. APA-nın xəbərinə görə, bunu Belarusun baş naziri Sergey Sidorski deyib. O, Azərbaycan iqtisadiyyatının inkişafını diqqətlə izlədiklərini bildirərək diqqəti Azərbaycanın neft hasilatı üzrə ciddi planlarına yönəldib. S. Sidorskinin sözlərinə görə, Minsk tərəfindən irəli sürülən layihələr də Azərbaycan iqtisadiyyatının potensialının inkişafına yönəlib, bu isə ikitərəfli münasibətlər baxımından böyük əhəmiyyət daşıyır. Baş nazir 2007-ci ilin birinci yarısında Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfər edəcəyini təsdiqləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR