Bank Of Baku

Azərbaycanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Azərbaycanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
# 15 mart 2007 09:35 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiya iştirakçıları Azərbaycanla sərhəddə yerləşən David Qareci monastırının hər iki ölkənin istifadəsinə veriləcəyini iddia ediblər. Monastrın yerləşdiyi ərazinin Gürcüstana məxsus olduğunu bildirən partiyanın lideri Condi Baqaturiya bəyan edib ki, Gürcüstan hökuməti David Qareci monastırının yerləşdiyi ərazini qaz və dəmiryolu müqabilində Azərbaycana güzəştə gedəcək. O, bu məlumatı etibarlı mənbələrdən aldığını vurğulayıb. Azərbaycanın Gürcüstanda səfirliyinin mətbuat katibi Elxan Poluxovun APA-ya verdiyi məlumata görə, aksiya iştirakçıları səfirliyə yazılı petisiya təqdim etməyiblər. Bundan başqa aksiyada yazılış şüarlar da olmayıb. “Mətbuatın yazdığına görə, aksiya David Qareci monastır kompleksi ilə bağlı keçirilib. Aksiya keçirən təşkilat Gürcüstanda nüfuzu olmayan bir təşkilatdır. Bu populist bir addımdır, nüfuzu olmayan müxtəlif qüvvələr belə aksiyalar vasitəsilə özlərinə populyarlıq və siyasi nüfuz qazanmağa çalışırlar. Yəqin ki, bu kimi qüvvələrin arxasında Azərbaycan ilə Gürcüstan arasında münasibətlərə gərginlik gətirmək istəyən hansısa ikinci qüvvələr də durur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR