Bank Of Baku

Xankəndi seçki dairəsi məntəqələrinin sayını artıracaq

Xankəndi seçki dairəsi məntəqələrinin sayını artıracaq
# 15 mart 2007 09:39 (UTC +04:00)
122 Saylı Xankəndi seçki dairəsinin Dairə Seçki Komissiyasının (DSK) rəhbərliyi dairə ərazisində yerləşən məntəqələrinin sayını artırmaq fikrindədir. Bu barədə APA-ya DSK-nın sədri Allahverdi Doluxanov məlumat verib. DSK-nın hazırda 9 məntəqəsinin olduğunu bildirən A. Doluxanov bir neçə rayonun ərazisində yaşayan Xankəndi sakinlərinin səsvermə günü bir rayonun ərazisində yaradılmış məntəqəyə gəlmək məcburiyyətində qaldığını qeyd edib: “Seçki Məcəlləsinə görə, 50-dən artıq seçici kompakt halında yaşayırsa, həmin ərazidə məntəqə yaradılmalıdır. Ağcabədi ərazisində 150-yə qədər Xankəndi seçicisi var, amma onlar Bərdədə yaradılmış məntəqədə səs verməyə məcburdurlar. Seçici siyahıları MSK-ya təhvil verildikdən sonra biz bu məsələni qaldıracağıq”. A. Doluxanov onu da qeyd edib ki, seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatıb və hələlik siyahıda erməni millətindən olan Azərbaycan vətəndaşı yoxdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR