Bank Of Baku

Azərbaycan Ziyalı Hərəkatı AYSH ilə gələn həftə saziş imzalayacaq

Azərbaycan Ziyalı Hərəkatı AYSH ilə gələn həftə saziş imzalayacaq
# 15 mart 2007 09:44 (UTC +04:00)
Azərbaycan Ziyalı Hərəkatı (AZH) ilə “Azərbaycan Yolu” Siyasi Hərəkatı arasında əməkdaşlıq müqaviləsi gələn həftə imzalanacaq. Bu barədə APA-ya AZH-nin sədri Eldəniz Quliyev məlumat verib. Onun sözlərinə görə, artıq tərəflər arasında imzalanacaq saziş layihəsi hazırlanıb və razılaşdırılıb. Sazişdə hər iki hərəkatın milli problemlərlə bağlı birgə əməkdaşlıq etməsi nəzərdə tutulub. E. Quliyevin sözlərinə görə, digər ziyalı hərəkatlarının, ictimai birliklərin və bəzi siyasi partiyaların da bu ittifaqa qoşulması istiqamətində iş aparılır: “Artıq bir sıra qurumların rəhbərləri ilə danışıqlar aparılıb və çox güman ki, onlarla da bu tipli sazişlər imzalanacaq”. E. Quliyev yaxın günlərdə ziyalılar adından ictimai-siyasi təşkilatlara rəsmi müraciətin ünvanlanacağını da qeyd edib: “Biz hesab edirik ki, artıq insanların müxalifətə inamı itib. Dəfələrlə baş vermiş məğlubiyyətlər insanlarda ümidsizlik yaradıb. Ona görə də indiki məqamda demokratik düşüncəli ziyalıların bir arada olmasına ehtiyac var”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR