Bank Of Baku

31 Mart soyqırımının qurbanları anılacaq

31 Mart soyqırımının qurbanları anılacaq
# 15 mart 2007 10:04 (UTC +04:00)
Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Milli Kitabxanasında 1918-ci ilin 31 Mart soyqırımını əks etdirən kitab sərgisi keçiriləcək. Bu barədə APA-ya M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov məlumat verib. Martın son günlərində keçiriləcək bu böyük kitab sərgisində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım faktlarını əks etdirən materiallar yer alacaq. Sərgilənəcək kitab və dərgilərdə 31 Mart qırğınları ilə yanaşı, Xocalı, Malıbəyli faciələrindən, eləcə də erməni terrorundan bəhs edən sənədlər toplanıb. Sərginin açılışından sonra kitabxanada faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbir keçiriləcək. Tədbirdə tarixçi-alimlər və ölkənin tanımış ziyalıları iştirak edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR