Bank Of Baku

Belarus prezidenti Aleksandr Lukaşenko bu ilin ilk yarısında Azərbaycana səfər edəcək

Belarus prezidenti Aleksandr Lukaşenko bu ilin ilk yarısında Azərbaycana səfər edəcək
# 15 mart 2007 10:41 (UTC +04:00)
Baş nazir bildirib ki, prezident İlham Əliyevin Minskə səfəri zamanı ona Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün proqram hazırlamaq tapşırılıb. Bu proqram 2015-ci ilə qədər olan dövrü əhatə edəcək. Hazırlanmış plan tanışlıq üçün artıq Azərbaycan hökumətinə təqdim edilib və Sergey Sidorskinin Bakıya səfəri zamanı müzakirə olunacaq. Baş nazir Azərbaycanda “MTZ” traktorlarının yığılması istiqamətində görülən işləri müsbət qiymətləndirib. “Mən Azərbaycanın sürətli iqtisadi inkişafını diqqətlə izləyirəm. Belarusun təqdim etdiyi layihələr Azərbaycan iqtisadiyyatının daha da inkişafına təsir göstərəcək”. Sergey Sidorski Belarus prezidenti Aleksandr Lukaşenkonun bu ilin ilk yarısından Azərbaycana səfərinin planlaşdırıldığını vurğulayıb. Görüşdə çıxış edən səfir Əli Nağıyev hazırlanan tədbirlər planının iki ölkə arasında ticarət dövriyyəsinin həcmini iki dəfə artırmağa imkan verəcəyini bildirib. O, iki ölkənin enerji sektorunda əməkdaşlıq üçün geniş potensiala malik olduğunu xatırladıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR