Bank Of Baku

Xoce Luis Xerero Ansola: “Azərbaycanda media sahəsində vəziyyəti normallaşdırmaq bir günün işi deyil”

Xoce Luis Xerero Ansola: “Azərbaycanda media sahəsində vəziyyəti normallaşdırmaq bir günün işi deyil”
# 15 mart 2007 11:31 (UTC +04:00)
“Kristian Ştrohalın Azərbaycan iqtidarı və müxalifəti arasında dialoqun keçirilməsi təşəbbüsü maraqlı ideyadır. Əgər tərəflər istəkli olsalar, ATƏT-in Bakı Ofisi bu dialoqu təşkil edə bilər”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Xerero Ansola verib. Ölkədə söz azadlığının durumuna toxunan Ansola mövcud vəziyyət barədə məlumata malik olduğunu deyib: “Bizim ofis Azərbaycanda media azadlığı sahəsində vəziyyəti normallaşdırmaq istəyir. Bu, bir günün işi deyil, buna çoxlu vaxt lazımdır. Ümidvarıq ki, Azərbaycanda difomasiya sahəsində islahatlar aparılacaq”. Azərbaycanda sərbəst toplaşmaq azadlığı ilə bağlı duruma toxunan ATƏT nümayəndəsi bu sahədə bəzi texniki problemin olduğunu vurğulayıb: “Əsas texniki problem aksiyalara icra hakimiyyəti strukturlarının razılıq verməsidir. Biz bununla bağlı hökumətə mövqeyimizi bildirmişik. Lakin indi seçkiqabağı situasiya olmadığından bu məsələ o qədər də aktual deyil. Seçkilər yaxınlaşdıqca, sərbəst toplaşmaq azadlığı ilə bağlı məsələ daha aktual olacaq v biz bu məsələyə daha geniş diqqət ayıracağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR