Bank Of Baku

“Azərbaycan Yolu” Siyasi Hərəkatının bir qrup üzvü Nazirlər Kabineti qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib

“Azərbaycan Yolu” Siyasi Hərəkatının bir qrup üzvü Nazirlər Kabineti qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib
# 15 mart 2007 12:06 (UTC +04:00)
“Azərbaycan Yolu” Siyasi Hərəkatının bir qrup üzvü bu gün Nazirlər Kabinetinin binası qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib. Bu barədə APA-ya hərəkatın mətbuat xidmətindən məlumat daxil olub. Səbayel Rayon Polis İdarəsinin əməkdaşları enerji daşıyıcılarının qiymətlərinin qalxmasına etiraz edən hərəkat üzvlərinin Nazirlər Kabinetinin binasına yaxınlaşmasına imkan verməyib. Nəticədə iştirakçılardan iki nəfər saxlanılaraq 9-cu polis bölməsinə aparılıb. Qəbul olunmuş qətnamədə isə son qiymət artımından sonra əhalinin yaşayış səviyyəsinin daha da ağırlaşdığı bildirilir. AYSH Tarif Şurasının məlum qərara yenidən baxmasını tələb edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR