Bank Of Baku

Robert Simmons: “Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına müdaxilə etmirik, prosesi izləyirik”

Robert Simmons: “Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına müdaxilə etmirik, prosesi izləyirik”
# 15 mart 2007 13:25 (UTC +04:00)
“NATO bir qurum kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına müdaxilə etmir, amma nizamlanma prosesinin gedişini izləyir”. APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons jurnalistlərə açıqlamasında deyib. Prezident İlham Əliyevlə keçirdiyi görüşü çox pozitiv adlandıran R. Simmons bildirib ki, görüş zamanı NATO ilə Azərbaycan arasında imzalanmış Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının (İPAP) həyata keçirilməsi və NATO-Azərbaycan əməkdaşlığının inkişafı müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR