Bank Of Baku

GUAM-ın milli koordinatorları Bakıda keçiriləcək sammitə hazırlıq məsələlərini müzakirə edirlər

GUAM-ın milli koordinatorları Bakıda keçiriləcək sammitə hazırlıq məsələlərini müzakirə edirlər
# 15 mart 2007 14:18 (UTC +04:00)
Kiyevdə Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM Milli Koordinatorlar Şurasının 4-cü iclası başlayıb. Azərbaycanı xarici işlər nazirinin müavini Araz Əzimov, Gürcüstanı xarici işlər nazirinin birinci müavini Valeri Çeçelaşvili, Moldovanı xarici işlər və Avropa inteqrasiyası nazirinin müavini Valeri Ostalep, Ukraynanı isə Milli Koordinatorlar Şurasının hazırkı sədri, xarici işlər nazirinin müavini Andrey Veselovski təmsil edirlər. Ukrayna XİN-dən APA-ya verilən məlumata görə, toplantıda təşkilatın fəaliyyəti, beynəlxalq, regional təhlükəsizlik və sabitlik, GUAM-a üzv ölkələrin beynəlxalq arenada mövqeləri, iqtisadiyyat, ticarət, energetika, nəqliyyat, informasiya texnologiyaları, mədəniyyət, elm və təhsil, fövqəladə hallar, turizm, terrorçuluq, mütəşəkkil cinayətkarlıq və narkotiklərin yayılması ilə mübarizə sahələrində əməkdaşlığa dair məsələləri müzakirə olunur. Bu ilin iyun ayında Bakıda keçiriləcək GUAM-ın ikinci sammitinə hazırlıq məsələləri də müzakirə mövzusudur. İclas sabah davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR