Bank Of Baku

İsa Qəmbər Müsavat Partiyasının martın 18-nə təyin etdiyi yürüş-mitinqlə bağlı mətbuat konfransı keçirib

İsa Qəmbər Müsavat Partiyasının martın 18-nə təyin etdiyi yürüş-mitinqlə bağlı mətbuat konfransı keçirib
# 16 mart 2007 10:43 (UTC +04:00)
Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın martın 18-nə təyin etdiyi yürüş-mitinqlə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Müsavatın yanvardan başlayaraq enerji daşıyıcılarını qiymətlərinin artmasına etiraz olaraq kütləvi aksiyalar keçirdiyini xatırladan İ. Qəmbər Tarif Şurasının məlum qərarının əsaslandırılmamış addım olduğunu qeyd edib. Onun sözlərinə görə, qiymət artımı 2007-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı nəzərdə tutsa idi, sonradan büdcəyə dəyişiklik etməyə ehtiyac qalmazdı: “Biz bu tipli aksiyalarımızı qərarda dəyişiklik edilənə kimi davam etdirəcəyik. Artıq hökumət dövlət müəssisələrinin enerjinin istifadəsinə görə yaranmış borclarının silinməsi üzərində düşünür. Biz aksiyada vətəndaşların kommunal borclarının silinməsi tələbini də qaldıracağıq”. İ. Qəmbər aksiyada Klassik Xalq Cəbhəsi Partiyasının və digər partiyaların iştirak edəcəyini bildirib. O, hələlik Bakı şəhər İcra Hakimiyyətinin aksiya ilə bağlı müraciətə cavab vermədiyini də qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR