Bank Of Baku

Azərbaycanın fövqəladə hallar naziri NATO baş katibinin xüsusi nümayəndəsini qəbul edib

Azərbaycanın fövqəladə hallar naziri NATO baş katibinin xüsusi nümayəndəsini qəbul edib
# 16 mart 2007 11:34 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) İctimaiyyətlə Əlaqə İdarəsindən APA-ya verilən məlumata görə, nazir K. Heydərov Azərbaycan prezidenti İlham Əliyevin bölgədə sülhün və əmin-amanlığın qorunmasına çalışdığını, ölkəmizin NATO-nun ən etibarlı tərəfdaşlarından biri olduğunu diqqətə çatdırıb. O, NATO-nun Azərbaycanın Cənubi Qafqaz regionunda tutduğu geosiyasi və strateji mövqeyinə yüksək önəm verdiyini, eyni zamanda ölkəmizin bu struktura inteqrasiya etmək istəyinin təbii olduğunu bildirib. Rəhbərlik etdiyi nazirlik barədə məlumat verən K. Heydərov qurumun fəaliyyət göstərdiyi bir il ərzində, ilk növbədə, özünün strukturlarının formalaşdırılması, pərakəndə halda olan müxtəlif xidmətlərin müasir dövrün tələblərinə uyğun olaraq yeniləşdirilməsi üçün lazımi tədbirlər gördüyünü söyləyib. Nazir bildirib ki, Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının Avropaya nəqlinin reallaşması, eyni zamanda gələcəkdə qonşu dövlətlərin enerji ehtiyatlarının ölkəmizin ərazisindən gerçəkləşəcək nəqli nəzərə alınsa, FHN-in üzərinə böyük və məsuliyyətli iş düşür. Azərbaycanın bölgədə sülhün və enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verdiyini deyən K. Heydərov bildirib ki, ötən il dövlətin fövqəladə hallarda mülki müdafiə işinin təşkili siyasətinə dəyişiklik edilib, vətəndaşların təhlükəsizliyinin təmin olunması sahəsində FHN-in öhdəsinə düşən vəzifələr aydın şəkildə göstərilərək, fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Öz növbəsində, qonaq Azərbaycan prezidentinin Brüsselə səfərinin NATO ilə Azərbaycan arasında əlaqələrin yüksələn xətt üzrə inkişafına böyük təkan verdiyini bildirib. Prezident İ. Əliyevin NATO ilə fəal əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edən Robert Simmons Azərbaycanın dünyada ən etibarlı və ardıcıl sülh siyasəti yeridən ölkə imici qazandığını söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR