Bank Of Baku

Siyavuş Novruzov: “Sirus Təbrizli yalan danışır”

Siyavuş Novruzov: “Sirus Təbrizli yalan danışır”
# 16 mart 2007 12:35 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) icraçı katibinin müavini, deputat Siyavuş Novruzov deyib. S. Novruzov bildirib ki, YAP sədrinin müavini S. Təbrizlinin ölkədəki sosial-iqtisadi durum haqqında söylədikləri də həqiqətə uyğun deyil: “Ölkədə işıq da var, qaz da... Onun dediklərinin hamısı yalandır. İşıq necə olmaya bilər ki, son bir-iki il ərzində 5 Modul Tipli Elektrik Stansiyası tikilərək istifadəyə verilib. Açılış mərasimlərində prezidentin kəsdiyi qırmızı lentləri toplasan, müxalifət liderlərinin hərəsinə bir kostyum çıxar”.
YAP-da “91-lər”ə mənfi münasibətin olması barədə S. Təbrizlinin söylədiklərinə gəlincə, S. Novruzov bunun da yalan olduğunu qeyd edib: “YAP-da “91-lər”ə gözəl münasibət var. Əli İnsanov “91-lər”dən olduğuna görə yox, konkret cinayətlərinə görə həbs olunub. Kimliyindən asılı olmayaraq, hər kəs əməlinə görə cavab verməlidir. “91-lər”in hamısına diqqətlə yanaşılır. Onların əksəriyyəti vəzifədədir, deputatdır. Əli Əhmədov da “91-lər”dəndir və heç vaxt AMİP-in üzvü olmayıb. Əli Əhmədov da, Ramiz Mehdiyev də vəzifələrinin öhdəsindən layiqincə gəlir. Kiminsə kiminləsə şəxsi münasibəti düz gəlmirsə, bunu siyasi müstəviyə çıxarmaq olmaz”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR