Bank Of Baku

Zahid Oruc: “Bu gün parlamentdə baş verənlər 2005-ci ildə yarımçıq qalmış ssenarinin davamıdır”

Zahid Oruc: “Bu gün parlamentdə baş verənlər 2005-ci ildə yarımçıq qalmış ssenarinin davamıdır”
# 16 mart 2007 12:51 (UTC +04:00)
“Milli Məclisin bugünkü iclasında baş verənlər təkcə Fəzail Ağamalıya qarşı yönəlməyib, əvvəldən hazırlanmış ssenarinin tərkib hissəsidir”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Ana Vətən Partiyasından olan deputat Zahid Oruc söyləyib. Onun dediyinə görə, Əli İnsanovun məhkəmədə verdiyi açıqlamalar, Elmira Axundovanın kitabının təqdimat mərasimində Sirus Təbrizlinin səsləndirdiyi bəyanat və bu gün parlamentdə baş verənlər bir-birinin davamıdır: “Həmin adamlar belə təəssürat yaratmaq istəyirlər ki, guya ölkədə idarəolunmaz qüvvələr var və onlar mövcud idarəçiliyə qarşı protest elektoratını təmsil edirlər. Bu hadisənin dar çərçivədə götürülməsinin əleyhinəyəm. Güman edirəm ki, bu qüvvələrin yaxın gələcək üçün konkret addımları olacaq. Bu addım ilk növbədə baş nazirə və spikerə hörmətsizlik şəklində üzə çıxdı”.
Z. Orucun fikrincə, F. Ağamalının reaksiyası qeyri-əxlaqi hərəkətə qarşı adekvat addım olub: “Bu gün parlamentdə baş verənlər 2005-ci ildə yarımçıq qalmış ssenarinin davamıdır. Konkret ünvanlar göstərmək istəmirəm, amma bu məsələyə digər qüvvələrin və xarici ölkə səfirliklərinin də qatılması mümkündür. Əmin ola bilərsiniz ki, həmin qüvvələr bunun qarşılığında çox ciddi reaksiyalar görəcək. Ola bilsin ki, bununla bağlı hüquq-mühafizə orqanlarına da müraciət edilsin”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR