Bank Of Baku

Fəzail Ağamalı Hüseyn Abdullayevlə bağlı baş prokurora və daxili işlər nazirinə müraciət edib

Fəzail Ağamalı Hüseyn Abdullayevlə bağlı baş prokurora və daxili işlər nazirinə müraciət edib
# 16 mart 2007 13:25 (UTC +04:00)
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Milli Məclisin bugünkü iclasında baş verənlərlə bağlı baş prokurora və daxili işlər nazirinə müraciət edib. Bu barədə APA-ya açıqlamasında Milli Məclisin bugünkü iclasının ikinci hissəsini yarımçıq tərk edən F. Ağamalı məlumat verib. Onun sözlərinə görə, deputat H. Abdullayevin ifadələrində həm dövlətə, həm hakimiyyətə, həm də özünə qarşı təhqirlər yer alıb: “Buna görə dözə bilməyib onun cavabını verdim”. H. Abdullayevlə bağlı problemini bundan sonra qanun çərçivəsində çözəcəyini deyən F. Ağamalı əlbəyaxa dava zamanı ciddi xəsarət almadığını, bu üzdən də həkimə müraciət etməyə ehtiyac olmadığın bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR