Bank Of Baku

İsa Qəmbər: “Prezident seçkiləri, vahid namizədlik və bu cür uydurma mövzular bu gün bizi maraqlandırmır”

İsa Qəmbər: “Prezident seçkiləri, vahid namizədlik və bu cür uydurma mövzular bu gün bizi maraqlandırmır”
# 16 mart 2007 13:53 (UTC +04:00)
“Prezident seçkiləri, vahid namizədlik və bu cür uydurma mövzular bu gün bizi maraqlandırmır. Seçkilərə hazırlıqla bağlı Etibar Məmmədovla heç bir görüş olmayıb, Rəsul Quliyevlə danışıqlar aparılmayıb”. APA-nın məlumatına görə, bu fikirləri Müsavat başqanı İsa Qəmbər son vaxtlar mətbuatda AMİP lideri Etibar Məmmədovla görüşrək müzakirələr aparması ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib. Müsavatın bu gün bilavasitə prezident seçkiləri ilə maraqlanmadığını deyən İ. Qəmbər bu informasiyaların məqsədli olaraq yayıldığını qeyd edib: “Biz demirik ki, ümumiyyətlə, seçkilər bizi maraqlandırmır. Bu seçkilər bizi maraqlandırır və hazırlaşırıq da. Amma bu, birbaşa hazırlaşmaq deyil və bu günün problemləri ilə məşğul oluruq. Bununla bağlı dəfələrlə suallar verilir və bildirmək istəyirəm ki, bu gün bu suallara cavab vermək niyyətində deyilik. Bizi maraqlandıran cəmiyyətin öz problemlərinə sahib çıxmasıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR