Bank Of Baku

Sərdar Cəlaloğlu Məhkəmə-Hüquq Şurasına və Ali Məhkəməyə müraciət edib

Sərdar Cəlaloğlu Məhkəmə-Hüquq Şurasına və Ali Məhkəməyə müraciət edib
# 16 mart 2007 14:03 (UTC +04:00)
ADP-nin bir hissəsinə rəhbərlik edən Sərdar Cəlaloğlu 2003-cü ilin 15-16 oktyabr hadisələri zamanı məruz qaldığı işgəncələrlə bağlı bu gün Məhkəmə-Hüquq Şurasına və Ali Məhkəməyə müraciət edib. Bu barədə APA-ya S. Cəlaloğlu özü məlumat verib. Cinayət Prosessual Məcəlləsinə əsasən Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının yerli məhkəmələrin qərarlarından üstün olduğunu qeyd edən S. Cəlaloğlu hesab edir ki, buna görə də onunla bağlı cinayət işi, ümumiyyətlə, ləğv olunmalıdır. O, öz müraciətində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılarkən ona işgəncə vermiş şəxslərin, saxta rəy vermiş ekspertlərin, Ağır Cinayətlərə Dairə İşlər üzrə İstintaq İdarəsinin müstəntiqlərinin və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimlərinin cəzalandırılmasını, onların öz vəzifələrindən kənarlaşdırılmasını tələb edib: “Mənə işgəncə vermiş, saxta rəylər hazırlamış və işi qərəzli aparmış müstəntiq və hakimlərin adları da müraciətdə qeyd olunub”. S. Cəlaloğlu müraciətdə ümumilikdə 12 nəfərin siyahısının sözügedən ünvanlara təqdim edildiyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR