Bank Of Baku

“Çanaqqala şəhidlərini anma və zəfər günü” keçirilib

“Çanaqqala şəhidlərini anma və zəfər günü” keçirilib
# 16 mart 2007 14:33 (UTC +04:00)
Bakı Dövlət Universitetində Çanaqqala döyüşünün 92-ci ildönümünə həsr edilən “Çanaqqala şəhidlərini anma və zəfər günü” mövzusunda tədbir keçirilib. APA-nın məlumatına görə, Türkiyə-Azərbaycan Dostluq və Yardım Cəmiyyətinin sədri Əhməd Aksu Çanaqqala döyüşü haqda məlumat verib. O bildirib ki, 18 mart 1915-ci ildə Türkiyənin Çanaqqala şəhərində I Dünya Müharibəsinin ən böyük döyüşlərindən biri başlayıb. Müttəfiq hərbi donanmalar tərəfdən mühasirəyə alınan Çanaqqala limanının qəhrəman müdafiəçiləri son nəfərədək vuruşublar. Çanaqqalanın müdafiəsi uğrunda 155 minə yaxın insan şəhid olub. Anadolu Türk Liseyinin müəllimi Orqun Örgün Çanaqqala döyüşünü qürur mənbəyi adlandırıb. O, Osmanlı torpaqlarını işğal etməyə cəhd edən həmin dövlətlərin bu gün dünyaya demokratiya sırıdığını deyib: “1915-ci ildə Osmanlı və Azərbaycan türklərinə qarşı soyqırım törədənlər bu gün ermənilərin türklər tərəfindən qətliama məruz qaldığını iddia edirlər. Dünən Hindistanda, Yəməndə, Əlcəzairdə, bu gün Qarabağda, İraqda, Əfqanıstanda insanları öldürənlər bizi soyqırım törətməkdə ittiham edir. Türklər dövlət qurub, dövlət dağıdıb, amma heç zaman soyqırım törətməyib. Biz o alçaqlığı etmərik”. Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Səlahəddin Dikmən isə tarixdən ibrət götürməyin zəruriliyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR