Bank Of Baku

GUAM milli koordinatorlarının növbəti iclası may ayında Bakıda keçiriləcək

GUAM milli koordinatorlarının növbəti iclası may ayında Bakıda keçiriləcək
# 16 mart 2007 14:48 (UTC +04:00)
Milli koordinatorların növbəti toplantısının mayın 4-5-də Bakıda keçirilməsi qərara alınıb. Bu barədə APA-ya Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Səbuhi Təmirov məlumat verib. Kiyev toplantısını bu ilin iyun ayında Bakıda keçiriləcək sammitə hazırlıq mərhələsi kimi qiymətləndirən diplomat bildirib ki, 4-cü iclas yekun protokolun imzalanması ilə yekunlaşıb. İclasda Bakı sammitində baxılacaq və qəbul ediləcək sənədlərin layihələri nəzərdən keçirilib, BMT Baş Assambleyasının sessiyasına 27-ci bənd kimi salınmış GUAM ərazisində dondurulmuş münaqişələrlə bağlı qətnamənin qəbulu üçün görüləcək işlər, atılacaq addımlar müzakirə olunub. S. Təmirovun sözlərinə görə, hazırda GUAM-ın iqtisadiyyat, nəqliyyat, hüquq və digər sahələr üzrə 9 işçi qrupu fəaliyyət göstərir, sonuncusu fövqəladə hallar üzrə yaradılıb. Bakıda işçi qruplarının ekspertlər, nazir müavinləri və nazirlər səviyyəsində görüşləri keçiriləcək. Gündəmdə olan məsələlər həmin görüşlərdə müzakirə olunacaq və Xarici İşlər Nazirləri Şurasına təqdim ediləcək, orada təsdiqlənən mövzular isə sammitin gündəliyinə salınacaq. Bakı sammitində Azərbaycan sədrliyi Ukraynadan qəbul edəcək. Zirvə toplantısında Bakı Deklarasiyası, qurumun 2007-2008-ci illər üçün iş təqvimi qəbul olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR