Bank Of Baku

NATO Əfqanıstanda keçirilən əməliyyatlara cəlb olunan Azərbaycan hərbi kontingentinin tərkibinin genişləndirilməsini istəyir

NATO Əfqanıstanda keçirilən əməliyyatlara cəlb olunan Azərbaycan hərbi kontingentinin tərkibinin genişləndirilməsini istəyir
# 16 mart 2007 16:38 (UTC +04:00)
Bu yanaşma proqramda müəyyən dəyişikliklər etməyə imkan yaradırdı. Öz məqsədlərimizə iki il ərzində nail olmağı, daha sonra isə əməkdaşlıq proqramına dəyişiklik etməyi düşünürdük. Artıq planın icrasının ilk mərhələsi başa çatır, mən Azərbaycan hakimiyyət orqanları ilə növbəti mərhələyə hazırlıqla bağlı danışıqlar aparıram”. APA-nın məlumatına görə, bu fikirləri NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Robert Simmons söyləyib. O, NATO ilə Azərbaycan arasında əməkdaşlıq planının növbəti mərhələsində mülki planlaşdırma ilə bağlı konkret məqsədlərin öz əksini tapacağını bildirib: “Bu məsələni müdafiə naziri Səfər Əbiyevlə müzakirə etmişik. Razılaşmaya görə yeni planda mülki planlaşdırma ilə bağlı ayrıca bölmə olacaq. Yeni planda Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlığa dair xüsusi bölmə yoxdur. Lakin NATO-nun silahlar üzrə xüsusi Direktorlar Konvensiyası var və biz müvafiq nazirliklərə bu dinləmələrə qatılmağı təklif edəcəyik”. Azərbaycanın NATO-nun himayəsi altında keçirilən əməliyyatlarda iştirak payının artırılması məsələsinə gəlincə, Robert Simmons ölkəmizin bu əməliyyatlarda iştirakından razılıq ifadə edib. “Keçirilən əməliyyatların miqyasını nəzərə alsaq, o zaman Azərbaycanın Əfqanıstan və Kosovoda keçirilən əməliyyatlarda iştirakını alqışlamaq lazımdır. Əfqanıstanda keçirilən əməliyyatlarda Azərbaycanın iştirak payının artırılması ilə bağlı müzakirələr gedir, lakin bu məsələdə son söz ölkə rəhbərliyinindir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR