Bank Of Baku

Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatı yürüş-mitinq keçirmək üçün şəhər İcra Hakimiyyətinə müraciət edib

Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatı yürüş-mitinq keçirmək üçün şəhər İcra Hakimiyyətinə müraciət edib
# 17 mart 2007 10:29 (UTC +04:00)
Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatı yürüş-mitinq keçirmək üçün müraciətini ötən gün Sumqayıt şəhər İcra Hakimiyyətinə təqdim edib. Bu barədə APA-ya təşkilatın sədri, millət vəkili İkram İsrafilov məlumat verib. İ. İsrafilov bildirib ki, əvvəlcə mitinq keçirmək nəzərdə tutulsa da, son müzakirələrdə aksiyanın yürüş-mitinq formasında keçirilməsi qərara alınıb. Şəhər İcra Hakimiyyətinin yaxın günlərdə aksiya ilə bağlı qərar verəcəyi gözlənilir.
Qeyd edək ki, aksiya enerji daşıyıcılarının qiymətinin qaldırılmasına və “Azərikimya” Dövlət Şirkətinin bəzi müəssisələrinin fəaliyyətini dayandırmasına etiraz olaraq keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR