Bank Of Baku

Gürcüstan prezidentinin anası Azərbaycanın Qax və Zaqatala rayonlarında keçirilən Novruz şənliklərində iştirak edib

Gürcüstan prezidentinin anası Azərbaycanın Qax və Zaqatala rayonlarında keçirilən Novruz şənliklərində iştirak edib
# 19 mart 2007 07:55 (UTC +04:00)
Ötən gün Gürcüstan Respublikası prezidenti Mixail Saakaşvilinin anası Qiuli Alasaniya Qax və Zaqatala rayonlarında olub. Qax rayon İcra Hakimiyyətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, xanım Q. Alasaniya və Milli Məclisin deputatı Qənirə Paşayeva rayonda Novruz bayramı ilə əlaqədar təşkil olunmuş bayram tədbirində iştirak edib. Xanım Q. Alasaniya rayon ictimaiyyətini qarşıdan gələn bayram münasibəti ilə təbrik edib. Qax rayonunda keçirilən tədbirdən sonra, Q. Paşayeva və Q. Alasaniya Zaqatala rayonunda olublar. Zaqatala RİH Aparatından verilən məlumata görə, Q. Alasaniya rayon mərkəzi məscidində və Zaqatala Olimpiya İdman Kompleksinə baş çəkib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR