Bank Of Baku

Müsavat Partiyası enerji daşıyıcılarının qiymətlərinin artırılmasına etiraz olaraq yürüş-mitinq keçirib

Müsavat Partiyası enerji daşıyıcılarının qiymətlərinin artırılmasına etiraz olaraq yürüş-mitinq keçirib
# 19 mart 2007 07:58 (UTC +04:00)
Müsavat Partiyası enerji daşıyıcılarının qiymətlərinin artırılmasına etiraz olaraq martın 18-də yürüş-mitinq keçirib. APA-nın məlumatına görə, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq saat 15.00-da Həzi Aslanov metrostansiyasından yürüşlə başlayıb. Ukrayna meydanında davam edən aksiyada partiya başqanı İsa Qəmbər, millət vəkili Pənah Hüseyn və digərləri iştirak edib. Aksiyada enerji daşıyıcılarının qiymətlərinin endirilməsi və vətəndaşların kommunal borclarının silinməsi tələb olunub.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya daxil olan rəsmi açıqlamada Xalq və Klassik Xalq Cəbhəsi partiyalarının üzvləri də daxil olmaqla aksiyada təxminən 600 nəfərin iştirak etdiyi, aksiya zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyi bildirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR