Bank Of Baku

Azərbaycanın xarici işlər naziri ABŞ-a yola düşüb

Azərbaycanın xarici işlər naziri ABŞ-a yola düşüb
# 19 mart 2007 08:58 (UTC +04:00)
XİN mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, nazir ABŞ səfərini Nyu-Yorkdan başlayacaq, elə bu gün BMT-nin baş katibi Pan Gi Munla görüş keçirəcək. Sabah isə E. Məmmədyarov Vaşinqtonda görüşlərə başlayacaq. Səfərin əsas görüşü martın 22-də Kondoliza Raysla keçiriləcək, iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri “Enerji əməkdaşlığına dair anlaşma Memorandumu” imzalayacaqlar. Bundan başqa, nazir Dövlət Departamenti və ABŞ Administrasiyasının rəsmiləri ilə danışıqlar aparacaq, Konqresdə görüşlər keçirəcək, Con Hopkins Universitetində çıxış edəcək, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşəcək, Amerika Dövlətləri Təşkilatının qərargahında olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR