Bank Of Baku

AKP-nin Qarsdan olan bir qrup üzvü Naxçıvanda səfərdə olub

AKP-nin Qarsdan olan bir qrup üzvü Naxçıvanda səfərdə olub
# 20 mart 2007 11:16 (UTC +04:00)
Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) Qarsdan olan bir qrup üzvü Naxçıvanda səfərdə olub. APA-nın məlumatına görə, onları Naxçıvan Dövlət Universiteti ilə bu təhsıi ocağının rektoru İsa Həbibbəyli tanış edıb. Daha sonra qonaqlar Muxtar Respublikada fəaliyyət göstərən QHT-lər və müxtəlif siyasi partiyaları təmsil edən gənclər təşkilatları ilə görüşüblər. Daha sonra Naxçıvan Dövlət Universitetində tədbir keçirilib. Tədbirdə çıxış edən rektor İ. Həbibbəylı “kim ki erməniyə dost deyir, ermənilərlə əməkdaşlıq edir, o, türklərin düşmənidir” deyib. İ. Həbibbəyli türkləri düşmənə qarşı birləşməyə, vahid mövqe nümayiş etdirməyə çağırıb: “Bizim düşmənlərimiz ortaqdır. Ermənilər bütün dünyada Türkıyə və Azərbaycan ələyhinə təbliğat aparırlar”. Rektor Qars Qafqaz Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlıq olduğunu, hər iki təhsil müəssisəsinin müəllim və tələbə heyətinin tez-tez görüşdüyünü vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR