Bank Of Baku

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin yaz sessiyası başlayıb

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin yaz sessiyası başlayıb
# 27 mart 2007 15:04 (UTC +04:00)
Strasburqda Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 13-cü yaz sessiyası başlayıb. APA-nın Avropa bürosunun xəbərinə görə, bu gün öz işinə başlayan sessiya iki gün davam edəcək. Toplantıda əsas müzakirə mövzuları Avropa şəhərlərində yoxsulluq, seksual azlıqların söz və sərbəst toplaşma azadlıqları, qadınlara qarşı zorakılıq, küçə uşaqlarının vəziyyəti ilə bağlı məsələləridir. Sessiyada AŞ-nin baş katibi Terri Devis, onun muavini, xanim Mod Boer-Bukikkio və Strasburq şəhərinin meri, xanım Fabyen Kellerin çıxışları olacaq. Azərbaycanı Sumqayıt şəhər bələdiyyəsinin və Milli Bələdiyyə Assosiasiyasının sədri Əbulfəz Babayev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov, AŞ Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan milli nümayəndə heyətinin katibi Qədir Xəlilov təmsil edirlər. Dünən Strasburqda sessiya öncəsi milli nümayəndə heyətlərinin üzv və katiblərinin görüşü keçirilib. Azərbaycan milli nümayəndə heyətinin katibi Qədir Xəlilov bildirib ki, görüşdə Azərbaycanla bağlı məsələlər də müzakirə olunub: “Biz əsasən Azərbaycan milli nümayəndə heyətinin gələcək fəaliyyəti və iş prinsipləri barədə məlumatlar verdik. Yığıncaqda milli katiblərinin Konqreslə gələcək əməkdaşlığı, üzv dövlətlərdə, eləcə də Azərbaycanda yeni yaradılmış assosiasiyaların milli və beynəlxalq işləri ilə bağlı məruzənin hazırlanması tövsiyə olundu. Hesab edirəm ki, bu məruzə yaxın gələcəkdə hazırlanacaq”. Q. Xəlilov Azərbaycan üzrə 2003-cü ildən bəri hazırlanan müruzəni Konqresə təhvil verəcəklərini söyləyib: “2003-cü ildə Avropa Şurası Konqresinin bir sıra ekspertləri Azərbaycanda səfərdə olmuşdular. Səfər çərçivəsində bələdiyyələrin, yerli özünüidarə orqanlarının fəaliyyəti araşdırılmış və bunlarla əlaqədar ilkin məruzə hazırlanmışdı. Konqresin iclasında bu məsələyə baxıldıqdan sonra Azərbaycana tövsiyələr verilmişdi. 2007-ci ilin yanvar ayında biz Konqresdən məktub aldıq. Konqres Azərbaycan tərəfinin tövsiyələrə uyğun olaraq gördüyü işlərlə maraqlandığını bildirir və bizdən bu işlər barəsində məlumatlar istəyirdi. Artıq bu məruzə hazırdır və 30 marta qədər biz onu təhvil verəcəyik. Bundan sonra AŞ Konqresinin müstəqil eksperti məruzəyə baxacaq, onun tövsiyələrə nə dərəcədə uyğun olması bilinəcək və sənəd Nazirlər Kabinetinə göndəriləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR