Bank Of Baku

Elmar Məmmədyarov Yaxın Şərq ölkələrinə səfəri zamanı bir sıra kommersiya xarakterli müqavilələr imzalayacaq

Elmar Məmmədyarov Yaxın Şərq ölkələrinə səfəri zamanı bir sıra kommersiya xarakterli müqavilələr imzalayacaq
# 27 mart 2007 15:28 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaxın Şərq ölkələrinə səfəri zamanı kommersiya xarakterli bir sıra müqavilələr imzalayacaq. Bu barədə APA-ya Azərbaycanın Livandakı fəxri konsulu Nazih Qassub məlumat verib. O qeyd edib ki, nazir aprelin 8-9-da İordaniyada olacaq və bu ölkənin kralı, baş naziri və xarici işlər naziri ilə görüş keçirəcək. E. Məmmədyarov 10-11 apreldə Suriyada səfərdə olacaq və bu ölkənin prezidenti, vitse-prezidenti, parlament sədri, xarici işlər naziri və Suriya şəhərlərinin ticarət palatalarının nümayəndələri ilə görüşəcək. O, Azərbaycanın Suriyadakı səfirliyinin açılışına da qatılacaq. Nazir aprelin 12-də Livana yollanacaq və bu ölkənin rəhbərliyi ilə də görüşlər keçirəcək.
N. Qassub onu da əlavə edib ki, təxminən bir ay sonra Bakıya gələcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR