Bank Of Baku

Rusiya XİN: “Azərbaycan Rusiyanın yaxın və uzunmüddətli perspektiv üçün strateji əhəmiyyətli partnyorudur”

Rusiya XİN: “Azərbaycan Rusiyanın yaxın və uzunmüddətli perspektiv üçün strateji əhəmiyyətli partnyorudur”
# 27 mart 2007 15:37 (UTC +04:00)
APA-nın məlumatına görə, sənəddə regionda vəziyyətin gərgin olaraq qaldığı, Gürcüstanla bağlı situasiyanın isə son dərəcə təhlükəli olduğu bildirilir. Xülasədə deyilir ki, bəzi qeyri-regional qüvvələr Rusiyanın mövqeyinə zidd olaraq öz təsirlərini möhkəmləndirmək məqsədi ilə regionda mövcud olan “dondurulmuş münaqişələr”dən istifadə edir: “Gürcüstanın iştirak etdiyi münaqişələrin fonunda Dağlıq Qarabağ probleminin nizamlanması nisbətən az kəskin məsələ kimi görünür. Hazırkı xətt - Vaşinqton və Parisin Bakı ilə Yerevanın birbaşa danışıqlarına dəstək vermək üçün etdiyi birgə səylər optimal görünür”. Sənəddə Azərbaycan Rusiyanın yaxın və uzunmüddətli perspektiv üçün strateji əhəmiyyətli partnyoru adlandırılır: “Bizim münasibətlərimizdə yaranmış qarşılıqlı hörmət, etibar və bərabərlik atmosferi özünü doğruldub. Azərbaycan rəhbərliyi Rusiya ilə yaxınlaşmaq xəttini davam etdirməyə çalışır”. Xülasədə Xəzərin hüquqi statusunun müəyyən edilməsi məsələsinə də yer ayrılıb. Rusiya hesab edir ki, Xəzəryanı dövlətlər xarici müdaxilə olmadan təhlükəsizlik və digər sahələrdə olan problemləri həll etmək üçün kifayət qədər potensiala malikdir: “Dənizin dibi ilə magistral xətlərin çəkilişi, marşrutlardan asılı olmayaraq, bütün Xəzəryanı dövlətlərin iştirakı ilə həyata keçirilməlidir. Bizim Xəzərin akvatoriyasının bölünməsi probleminin həllinə yanaşmamız belədir ki, təbii mühitin və bioresursların qorunması məsələsi o zaman effektiv həll oluna bilər ki, dənizin böyük hissəsi Xəzəryanı dövlətlərin ümumi istifadəsində olsun. Bununla yanaşı, hər Xəzəryanı dövlət təhlükəsizliyinin təmin olunması və iqtisadi fəaliyyəti üçün öz milli dəniz zolağına malik olmalıdır”. Rusiya Xəzəryanı dövlətlərin regional stabilliyinin təmin olunması, çağırış və təhlükələrin neytrallaşdırılması üçün regional formatda birləşdirilmiş hərbi-dəniz qruplaşmasının yaradılmasını prinsipial vacib məsələ bilir və hesab edir ki, bu məsələnin həllinə Rusiyanın ideyası olan sahilyanı dövlətlərin Xəzərdə təhlükəsizliyini təmin etmək prinsiplərinə əsaslanan “Kasfor” - operativ birgə fəaliyyət üzrə hərbi-dəniz qrupunun yaradılması ilə nail olmaq olar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR