Bank Of Baku

Polşa prezidenti Lex Kaçinski martın 30-da Azərbaycana səfər edəcək

Polşa prezidenti Lex Kaçinski martın 30-da Azərbaycana səfər edəcək
# 27 mart 2007 15:43 (UTC +04:00)
Sabah Polşa prezidenti Lex Kaçinskinin Qazaxıstana rəsmi səfəri başlayır. Polşanın Azərbaycandakı səfirliyinin müşaviri Voyçex Quretskinin APA-ya verdiyi məlumata görə, martın 29-da Astanada görüşləri başa vuran Lex Kaçinski martın 30-da Bakıya səfərə gələcək. Bu, Polşa prezidentinin ölkəmizə ilk rəsmi səfəridir. İki gün davam edəcək səfər zamanı Lex Kaçinski Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rəsizadə ilə görüşəcək. Səfər zamanı Azərbaycan və Polşa prezidentlərinin birgə kommunike imzalaması nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR