Bank Of Baku

Sərdar Cəlaloğlunun Səbayel rayon məhkəməsinə ünvanladığı müraciət Apellyasiya Məhkəməsinə göndərilib

Sərdar Cəlaloğlunun Səbayel rayon məhkəməsinə ünvanladığı müraciət Apellyasiya Məhkəməsinə göndərilib
# 27 mart 2007 15:54 (UTC +04:00)
ADP-nin bir hissəsinə rəhbərlik edən Sərdar Cəlaloğlunun partiyanın digər hissəsinə rəhbərlik edən Rəsul Quliyevin tərəfdarlarının fəaliyyəti ilə bağlı Səbayel rayon məhkəməsinə ünvanladığı müraciət Apellyasiya Məhkəməsinə göndərilib. Bu barədə APA-ya partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Taliyət Əliyev məlumat verib. Onun sözlərinə görə, Səbayel rayon məhkəməsinin hakimi Yusif Kərimov bundan əvvəl edilmiş eyni məzmunlu şikayət ərizəsini geri qaytarıb və bu məsələnin məhkəmə predmeti olmadığını qeyd edib. Hakim problemin partiya daxilində, nizamnamə ilə həll olunmasını mümkün sayıb. S. Cəlaloğlu yenidən məhkəməyə müraciət etdikdə isə hakim şikayət ərizəsini Apellyasiya Məhkəməsinə göndərib. T. Əliyevin sözlərinə görə, yalnız Apellyasiya Məhkəməsi partiyadaxili məsələnin məhkəmə yolu ilə həll olunmasının mümkünlüyü barədə qərar çıxardıqdan sonra Səbayel rayon Məhkəməsi şikayətə baxacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR